Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:00

Sima Didar Təbriz həbsxanasında əlavə ittihamlarla üzləşə bilər


Sima Didar və Əlirza Fərşi

Sima Didar və Əlirza Fərşi

Təbrizdə azərbaycanlı xanım fəal 26 yaşlı Sima Didarın ailəsi onun həbsxanda yeni ittihamlarla üzləşə biləcəyindıən narahatdır. Onun həyat yoldaşı Əlirza Fərşi bildirir ki, azərbaycanlıların milli hüquqlarının səsləndirilməsi üstündə bu ilin martında tutulan xanımı ağır cinayətlər törədən, narkotik maddələr üstündə tutulan qadın məhbuslarla birlikdə saxlanır. O, qeyd edir ki, əslində xanımının həbs müddəti bu yaxınlarda başa çatır, amma adətən azərbaycanlı siyasi məhbusların həbs müddətini uzatmaq üçün onları içəridə müxtəlif şər-böhtanla daha çox saxlayırlar:

- İranda zindanlar çox təhlükəlidir, siyasi məhbusları ayrıca saxlamırlar. Onları qatillərin, narkotik maddələr istifadə edənlərin yanında saxlayırlar. Çoxlu qadın eyni yerdə qalır. İstəmədikləri adamların həbs müddətini uzatmaq üçün onların əşyalarını qarışıdırır, müxtəlif böhtanlar qurur, beləliklə də siyasi məhbusları öz mübarizələrindən ayırmaq üçün onları daha çox həbsxanada saxlayırlar. İndi Sima da belə bir şəraitdə saxlanır. Elə adam var ki, bir-iki aylıq həbslə cəzalandırılıb, amma iki, üç ildir hələ həbsdə qalır.

Əlirza Fərşi özü də 2009-cu ilin mayında Təbriz bələdiyyəsinin keçirdiyi içtimai tədbirlərdən birində "Türk Dilində Mədrəsə" şüarları səsləndirmək üstündə saxlanmışdı. Xanımı ona baş çəkməyə gedərkən onu da tutublar. Bir neçə ay həbsdə qalandan sonra hər ikisini azad ediblər amma onlara qarşı “Xarici təşkilatlarla işbirliyi və hakimiyyət əleyhinə təbliğat” ittihamı ilə cinayət işçi açılıb. Məhkəmə də həmin itithamla onları bir ilə qədər azadlıqdan məhrum edib. Şikayətlərindən sonra bu cəza altı aya endirilib, amma Fərşi və xanımı həbsxanaya getməkdən imtina edərək bu hökmdən də şikayət verməyə çalışıblar.

2011-ci il martın 8-də isə Sima Didar başqa bir azərbaycanlı fəal Səid Mətipurun həbsxanada olan xanımı Ətiyə Tahirini ziyarət etmək üçün Zəncana getmək istəyir. Amma yolda onu saxlayıb, sənədlərini əlindən alıblar. Aprelin 16-da isə sənədləri üçün prokurorluğa gedərkən onu tutublar. İndi əgər həbsxanda başqa bir işlə bağlı onu ittiham etməsələr Sima Didar yaxın aylarda azadlığa buraxılmalıdır. Çünki onun əvvəlki həbs müddəti də hesablanmalıdır.

Əlirza Fərşi qeyd edir ki, həbsxanda olan xanımı ilə əlaqə saxlaya bilmir və şər-böhtanla onun həbs müddətinin uzadılacağından narahatdır.

Bu yaxınlarda Mərənd şəhərinin küçələrində divarlara “Yardım edin Sima Didar Təbriz zindanından azad olsun!” şüarlara yazılan elanlar vurulub. Bundan əvvəl Tehran və Təbrizdə də buna oxşar elanlar yayılıb.

Sima Didarın vəziyyətini diqqətdə saxlamaq üçün bir qrup azərbaycanlı fəal BMT-yə də müraciət göndərib.

Şərhləri göstər

XS
SM
MD
LG