Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:57

Yaşar Əliyev Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi təyin olunub


Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə yeni rəis təyin olunub.

Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə isə o, Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

DİN-in Çevik Polis Alayının komandiri Səhləb Bağırov isə tutduğu vəzifədən azad edilərək, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Bu ilin fevralında prezident İlham Əliyev Penitensiar Xidmətin rəisi Nazim Ələkbərovu tutduğu vəzifədən azad edib.

Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev isə Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinat alıb. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG