Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:04

"Erməni soyqırımı"na görə cəza Fransa senatından keçmədi


Fransa Senatı“erməni soyqırımı”nı inkar edənlərə cəza verilməsi haqqında qanun layihəsini rədd edib.

APA-nın məlumatına görə, səsvermədə 290 senatordan 270-i iştirak edib.

Onlardan 196-sı qanun layihəsinin əleyhinə, 74-ü isə lehinə səs verib.

Fransa parlamentinin aşağı palatası hələ 2006-cı il oktyabrın 12-də belə bir sənəd qəbul edib.

Amma sənədin qüvvəyə minməsi üçün onu senat da ratifikasiya etməlidir.

“Ay Dat” erməni komitəsinin Fransadakı ofisinin rəhbəri Qraç Varjapetyan bundan əvvəl Azadlıqradiosunun erməni xidmətinə müsahibəsində sənədin lehinə və əleyhinə olanların yarıbayarı olduğunu demişdi.
XS
SM
MD
LG