Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:44

“Alatoranda görüşlər” başlandı


Gənc azərbaycanlı yazarların xarici naşirlərlə və dünya səviyyəli jurnallarla əlaqə yaratmaları, onların dünya ədəbiyyatına inteqrasiya problemlərinin aradan qaldırılmaq məqsədilə "Alatoran" jurnalı yeni bir layihənin gerçəkləşdirilməsinə başlayıb.

Bakıda ”Alatoranda görüşlər” adlandırılan toplantı başlanıb.

Mayın 4-dən 7-cən xarici ədəbiyyat jurnalı redaktorları Bakıda toplanır.

Geçirilən toplantıda, Azərbaycan da daxil olmaqla, 4 ölkədən müxtəlif ədəbiyyat jurnallarının redaktorları iştirak edib.

5 may tarixindən etibarən Rusiyadan da bir jurnal redaktoru Bakıya gələcəyi gözlənilir.

Tədbirin ilk gününün gündəliyi əsasən tanışlıq xarakterli idi.

Jurnal redaktorları tədbirin ilk saatlarından etibarən bir-biri ilə tanış olmağa, münasibət qurmağa çalışırdılar.

Tədbirin təşkilatçısı Rasim Qaracanın bildirdiyinə görə, tədbir boyu hər ölkənin ədəbi nəşrləri ilə bağlı redaktorların məruzələri dinləniləcək, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakultəsində gənc yazarlarla görüş keçiriləcək və eyni zamanda xarici qonaqların Qobustana ekskursiyası təşkil olunacaq.

Tədbirin ilk günündə Azərbaycanda ədəbiyyat jurnallarının durumu ilə bağlı “Tənqid.net” jurnalının baş redaktoru, Slavyan Universitetinin professoru, filologiya elmlər doktoru Tehran Əlişanoğlu məruzə etdi.

Məruzədən sonra T. Əlişanoğlu qonaqların suallarını cavablandırdı.

Maraqlı müzakirələrdən sonra tədbirin təşkilatçısı, “Alatoran” jurnalının baş redaktoru Rasim Qaraca xarici və yerli qonaqların şərəfinə banket verdi.

Tədbirə dəvət almış Rusiyanın "Novaya yunost" ədəbi jurnalının rəhbəri Qleb Şulpyakov və Türkiyənin "Patika" ədəbiyyat dərgisinin rəhbəri Ertuğrul Özüaydın tədbir ərəfəsində yerli mətbuata müsahibələr də veriblər.

Cəlil Cavanşir
Fotolar Turaxnındır








AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG