Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:53

Bin Ladenin qonşuları danışır...


Bin Ladenin ailəsi ilə 10 il bu evdə yaşadığı guman edilir, 3 may 2011
Bin Ladenin ailəsi ilə 10 il bu evdə yaşadığı guman edilir, 3 may 2011

QONŞULARI ŞÜBHƏYƏ SALAN MƏQAMLAR...


Necə olur ki, ABŞ-ın 10 il axtardığı bir terrorçu Pakistanın sakit şəhərlərindən birində - Abbotabadda, özü də Hərbi Akadmeiyanın bir addımlığında rahatca yaşaya bilirmiş?

İndi Qərbdə çoxları Pakistanı bundan xəbər tuta bilməməkdə ittiham edirlər, amma sən demə qonşuları çoxdan bin Ladenin yaşadığı evdən şübhələnirlərmiş.

Məsələn, ərazidə poliemelit əleyhinə peyvənd paylayan qadın deyir ki, həyətində bahalı maşınlar olan bu villada ondan düz 23 uşaq üçün peyvənd alıblar, amma iynələri vurmağa qoymayıb, getməsini söyləyəndə - şübhələnib.

Sakinlər başqa bir hadisədən də danışırlar. Qonşuluqdakı uşaqlar futbol oynayanda topları villanın həyətinə düşübmüş. Ordan çıxan bir kişi isə topu qaytarmaq yerinə, onlara topun iki qat qiymətini – 50 rupi verib, uşaqlar da pulu alıblar.

Üçmərtəbəli bu evdə 9 qadın, 23 uşaq və bir neçə kişi yaşayırmış. Evin hündür hasarları olmasını qonşuları ailənin həddindən artıq dindar və mühavizəkar olmasıyla bağlayırlarmış.

Amma orda yaşayanların heç vaxt xeyir-şər işlərinə qarışmamasından, kasıblar üçün heç vaxt süfrə açmamasından şübhələnirləmiş. Evin ətraf aləmlə bütün əlaqəsini Tariq Arshad Khan adlı iki sakini qururmuş.

BİN LADENİN AİLƏSİ SƏUDİYYƏ ƏRƏBİSTANINA VERİLƏ BİLƏR

Yerli sakin olan bu oğlan bin LAdenin öldürlüməsi zamanı atışmadan qalan gilizləri toplayır, 3 may 2011
Əməliyyat zamanı bin Ladenlə yanaşı, həmin bu iki kuryer də öldürülüb.

Öldürülənlər arasında bin Ladenin oğlu və bir qadın da var. İlkin məlumatlara görə həmin qadın bin Ladenin arvadı deyilmiş. İndi məlum olub ki, əvvəlcə öldürüldüyü deyilən Osamanın arvadlarından biri - əslində ayağından yaralanıbmış. Üstəlik, bin Ladenin əməliyyat vaxtı silahsız olması da açıqlanıb.

Assosiated Press (AP) agentliyi Pakistan rəsmilərinə istinadən bildirib ki, əməliyyatdan sonra 23 uşağı və Osamanın doqquz arvadını təhlükəsiz yerə yelrəşdiriblər. Mövcud qaydalara görə Pakistanın Osamanın ailəsini doğulduqları ölkəyə - Səudiyyə Ərəbistanına təhvil verməsi gözlənilir.

ŞÜBHƏLİ NƏZƏRİYYƏLƏR: BİN LADEN ƏSLİNDƏ BAŞQA YERDƏ ÖLDÜRLÜB?

Ancaq bir şey də var ki, Abbotabadda yaşayanların bəziləri heç də bin Ladenin öldürülməsi olayına sevinmir. Məsələn, bir sakin AzadlıqRadiosuna deyir ki, "Abbottabad sakinləri bu olayı bir müsəlmanın ölümü kimi görür. Müsəlmansa başqa bir müsəlmanın ölümünə hüç vaxt sevinmir. əksinə, məyus olur. Biz onun səbəbləri haqda bilmirik. Amma hər necə olsa da, o müsəlman idi. Və yaşdır ki, o kimliyini gizlətmək üçün
Bin Ladenin qaldığı evin təxmini modeli, Pentaqon hazırlayıb, 2 may 2011
saqqalını da qırxmayıbmış”.

Əməliyyatla bağlı heç bir video və ya şəkilin yayılmaması, bin Ladenin cəsədinin dənizdə basdırıldığının élan edilməsi bir çoxlarını şübhəyə salıb.

Abbotabada gedən AzadlıqRadiosunun müxbiri Fawad Ali Shah deyir ki, "son 3 gündə burda 100-ə yaxın adamla danışıb. Onların çoxu isə Osamanın burada öldürüldüyünə inanmırlar. Deyirlər ki, bin Laden bəyəm dəliydi ki, gəlib Pakistan ordusunun burnunun dibində gizlənsin"?

Hətta yerli sakinlərin bəziləri iddia edirlər ki, bin Ladeni başqa yerdə öldürüblər, sonra gətirib Abbotabada atıblar. Məqsədsə, Pakistanda kimlərisə gözdən salmaq olub.

Bəzi Pakistan siyasətçiləri də bu cür iddiaları dəstəkləyir. Məsələn, Mufti Kifayatullah iddia edir ki, bin Ladeni əslində Pakistan ordusu tutubmuş, amma qorxularından olayı başqa cür təqdim ediblər:

"Bütün əhvalat uydurmadır. Onu hardasa başqa yerdə tutublar, sonra sakit Abbotabada gətiriblər ki, ABŞ bunu bilsin və pilotsuz təyyarəylə vursun. İnanmıaram ki, bin Laden Abbotabadda öldürlüb. Məncə, Pakistan ordusu onu başqa yerdə tutubmuş, ABŞ təzyiq göstirb ki, bin Ladeni versinlər, ona görə də Pakistan ordusu bu əməliyyatı uydurub və ölüm xəbərini yayıblar".

CƏSƏDİN ŞƏKİLLƏRİ NİYƏ YAYILMIR?


Pakistanın Peshawar əyalətində vəkillər bin Laden üçün yasin oxuyurlar.
ABŞ rəsmiləri isə bu iddialar əhəmiyyət vermirlər. Vaşinqton bildirir ki, öldürlüən adamın bin Laden olduğuna 99.9 faiz əmindirlər. Çünki onun sifətini ekspertlər yoxlayıblar, üstəlik qətlə yetirilən bin Ladendən götürülən genetik nümunələr də bacısından daha öncə götürülən nümunələrlə müqayisə edilib və DNA testi də sübut edib ki, bu, bin Laden olub.

Ağ Evin sözçüsü Jay Carney nəyə görə bin Ladenin cəsədinin şəkillərinin yayılmamasına aydınlıq gətirib. O, deyib ki, bu şəkillər çox dəhşətlidir. Çünki şəkil onu sifətindən vurulub öldürüləndən sonra çəkilib və belə şəkillərin açıqlanması düzgün olmazdı.

Bəzi ekspertlər bu mövqeni haqlı sayır, deyirlər ki, şəkillərdə müsəlmanları təhqir edən, ya daha da qəzəbləndirən hansısa detallar ola bilər.

Amma bəzi ABŞ rəsmiləri, məsələn, Mərkəzi Kəşfiyyat Agentliyi – CİA-nin direktoru Leon Panetta deyib ki, bu şəkillərin nə zamansa yayılacağına əmindir.
XS
SM
MD
LG