Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:27

Rusiya Xəzərdə hərbi gücünü artırır


Rusiya 2020-ci ilədək Xəzərə 16 yeni hərbi gəmi buraxmağı planlaşdırır.

İTAR-TASS-ın məlumatına görə, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Vladimir Vısotski bildirib.

O deyib ki, qarşıdakı illərdə Xəzərdə "Cənub" komandanlığının nəzdində yeni sahil raket hissələri və aviasiya qrupları formalaşdırılacaq.

Bu il isə flotilyanın tərkibinə 2 yeni raket kateri və 3 desant gəmisi daxil ediləcək.

Hazırda Rusiyanın Xəzər Hərbi Flotilyasında 1 gözətçi gəmisi, 2 kiçik artilleriya kateri, 6 artilleriya kateri, 4 raket kateri, 11 desant gəmisi və 3 tral gəmisi var.
XS
SM
MD
LG