Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:44

15 nəfər xəsarət alıb, sürücü ölüb


Mayın 4-də Balakəndə keçirilən paraşüt yarışlarına gedən Zaqatala Sürücülük Məktəbinin 18 yaşadək tələbələri qəzaya uğrayıb. 15 nəfər xəsarət alıb, 1 nəfər – sürücü ölüb.

Bu barədə AzadlıqRadiosuna Balakən rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə rayonun «Beş Bulaq» adlanan ərazisində qeydə alınıb.

Tələbələr Aviasiya Mərkəzində keçirilən paraşüt yarışlarına tamaşaçı kimi gedirmiş, olduqları «ZİL -130» markalı maşın döngədə aşıb.

Hazırda xəsarət alanlardan 2-si Balakən, ikisi isə Zaqatalada müalicə olunur.

Faktla bağlı istintaq aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG