Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:52

Orta məktəblərə müəllim seçiminə yeniliklər edilir


«Bu il müəllim seçimində əvvəlki kimi, ali məktəblərdə təyinat məsələsi olmayacaq».

Bunu mayın 4-də jurnalistlərə açıqlamasında Təhsil naziri Misir Mərdanov deyib. Nazir məktəblərə müəllim seçiminə yenilik edildiyini bildirib:

«Qərara gəlmişik ki, bütün vakant müəllim yerləri barədə Azərbaycan cəmiyyətinə və ali məktəb məzunlarına məlumat verək. Onlar elektron ərizə verməklə, nazirliyin keçirdiyi imtahanlarda iştirak etsinlər. Müvafiq balı toplayanları məktəblərə göndərəcəyik».

Nazir qeyd edib ki, hazırda məktəblərdə işləyən müəllimlərin sayı kifayət qədərdir və yeniliyin məqsədi yalnız savadlı müəllimləri işə götürməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG