Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:44
Mayın 4-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Milli Məclisdə təmsil olunan 4 partiya sədrinin görüşü keçirilib.

Görüşdə VHP sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev və Ədalət Partiyasının sədri İlyas İsmayılov iştirak edib.

«Müzakirələrdə parlamentdə müxalifətin rolunun artırılması, islahatlara dair sənədlər hazırlayaraq hakimiyyətə təqdim olunması istiqamətində müzakirələr aparıldı», - BQP sədri Fazil Mustafa deyib.

Müzakirələrin yekunu olaraq «Parlament müxalifət deputat qrupu» təsis olunub.

F.Mustafa parlamentdə təmsil olunan bir sıra müxalifət partiyalarının təmsilçilərinə də qrupda iştirak üçün müraciət ediləcəyini bildirib:

«Qəbul edirlər, etsinlər, etməsələr, fəaliyyətimizi bu formatda davam etdirəcəyik». /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG