Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:24

Portuqaliya 78 milyardlıq borca girir


Portuqaliya Avropa Birliyindən və Beynəlxalq Valyuta Fondundan üç il ərzində 78 milyard avro almağa razılaşıb. Portuqaliya İrlandiya və Yunanıstandan sonra avro məkanda maliyyə köməyinə ehtiyacı olan üçüncü ölkədir.

Ekspertlər deyir ki, yüksək ictimai borcları, bank problemləri və bahalı təqaüd sisteminə görə Portuqaliyanın işi mürəkkəbdir. Bu ölkə həm də siyasi böhranla üzləşib, baş nazir parlament onun iqtisadi böhranı aradan qaldırmaq üçün verdiyi təklifləri qəbul etmədiyindən istefaya gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG