Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:27

Fələstinin Fəthi və Həması dörd illik böhrandan sonra ilk razılaşmanı imzalayacaq


Fələstin prezidenti Mahmud Abbas və Həmas lideri bu gün Qahirədə Fələstinin iki böyük fraksiyası -Həmas Və Fəth arasında dörd illik böhrana son qoyulmasını nəzərdə tutan müqaviləni imzalamağa hazırlaşır.

Razılaşma bu il ərzində vahid hökuməti, seçkilər keçirilməsini nəzərdə tutur. Misir ötən həftə onların arasında vasitəçilik edib. Mayın 3-də arasında döyüşkən islamçı qrupların da olduğu kiçik fraksiyalar bu razılığı təsdiqləyiblər.

Həmas Fələstində Qəza bölgəsinə, Fəth isə Qərb sahillərinə nəzarət edir. Hər iki hərəkat ümid edir ki, onların birgə fəaliyyəti nəticəsində müstəqil Fələstin dövləti yaranacaq.
İsrail onların birgə fəaliyyəti ilə razılaşmır, deyir ki, Fəth ya Həması, ya da İsraili seçməlidir.
XS
SM
MD
LG