Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:27

Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şöbəsinin rəisi dəyişdirildi


Bu barədə Gəncə şəhər fəallarının toplantısında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib.

Yığıncaqda yeni rəis ictimaiyyətə təqdim edilib.

MTN-in Gəncə şəhər şöbəsinin yeni rəisi İlham Babayev olacaq. O, 1965-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1985-2001-ci illərdə Sərhəd Qoşunlarında müxtəlif vəzifələrdə çalışıb. 2001-ci ildən isə milli təhlükəsizlik sistemində çalışır. İ.Babayev 2004-2011-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində müxtəlif məsul vəzifələrdə işləyib.

MTN-in Gəncə şöbəsinə 2007-ci ildən Vüqar Əliyev rəhbərlik edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG