Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:55

Arif Hacılı 4 saat dindirilib


Mayın 4-də Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Bakı İstintaq Təcridxanasında 4 saat dindirilib.

Bu haqda Arif Hacılının dindirmədə iştirak edən vəkili Yavər Hüseyn məlumat verib.

Y. Hüseyn bildirib ki, dindirmə zamanı Arif Hacılıya İctimai Palatanın necə yaranması, kimlər tərəfindən yaradılması, orada qərarların necə qəbul edilməsi və bu kimi suallar verilib.

«İstintaq mitinqlə bağlı qərar verilməsini ictimai qaydanın pozulması kimi qiymətləndirir. Arif Hacılı isə mitinqin qanunu şəkildə keçirildiyini və orada aksiyaçılar tərəfindən qanun pozuntularına yol verilmədiyini bildirib», - Y. Hüseyn deyib.

Vəkil Arif Hacılının saxlanma şəraitindən şikayəti olmadığını da əlavə edib.

A. Hacılı İctimai Palatanın keçirdiyi 2 aprel aksiyasında saxlanıb. O, Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunur.

Aprelin 4-də Səbail rayon Məhkəməsi A. Hacılı barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
XS
SM
MD
LG