Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:20

“Bizim jurnal üçün yazarın sonrakı yaradıcılığına təkan vermək əsasdır”


Gleb Shulpyakov

Gleb Shulpyakov

Rusiyanın "Novaya yunost" ədəbi jurnalının rəhbəri Qleb Şulpyakovla müsahibə. O, “Alatoranda görüşlər”adı altında keçiriləcək olan ədəbiyyat jurnalları redaktorlarının beynəlxalq Bakı Forumunun iştirakçısıdır.


- “Qalın” ədəbi jurnal redaktorunun qarşılaşdığı əsas problemlər hansılardır?

- Ədəbi jurnalın ilk və əsas problemi – oxucuya yol tapmaqdır.

Buna nail olmaq üçün, oxucunun jurnalı görüb oxuması üçün, maddi vəsait, pul lazımdır, yəni yenə də problem maddidir.

- Ədəbi prosesin inkişafında ədəbi jurnalların ixtisaslaşması hansı rol oynayır?

İndiki dövrdə ədəbi jurnal, məsələn, Rusiyada olduğu kimi kitab bazarını tamamilə işğal etmiş kütləvi ədəbiyyatın təzyiqinə davam gətirməlidir.

Dəqiq aydınlaşdırmaq lazımdır ki, ədəbiyyat hansıdır, imitasiya, yəni bulvar ədəbiyyatı hansı. Bunu tənqidçilər etməlidir, jurnallarda bu barədə məqalələr dərc edilməlidir.

Çox təəssüf ki, rus ədəbi jurnalları hələ də sovet ruhunu daşıyır. Nəşr strukturu yarım əsr əvvəlki kimidir, həmin dövriülük, dünənlə yaşayan, müasir ədəbiyyatdan xəbəri olmayan eyni redaktorlar.

Yəni bu jurnallar gözəl ənənəyə və böyük potensiala rəğmən, strukturu və iş prinsipini dəyişmək istəmir, son on ildə yaranmış yeni ədəbi situasiyaya uyğunlaşmaq istəmir.

Yenilənməyə olan tam iradəsizlik onları məhv edə bilər, əlbəttə ki, əgər hələ məhv etməmişsə.

O ki qaldı, mənim rəhbərlik etdiyim “Yeni Gənclik” jurnalına, əsas məsələmiz – yeni istedadları gözdən qaçırmamaqdır, onları tapıb çap etməkdir. Biz bunu, naməlum müəllifin dərc olunmağa “hazırlığı” illərlə uzadılan ənənəvi “qalın” jurnallardan fərqli olaraq, operativ edə bilirik.

Yəni, bizim üçün müəllifin sonrakı yaradıcılığına təkan vermək əsasdır.

Ona ehtiyacı olan anda dəstək vermək lazımdır, yoxsa gec ola bilər. Hər hansı istedadlı müəllifi yolun başlanğıcında dərc etmək çox mühümdür, bunu mən başıma gələnlərdən bilirəm.

- Ədəbi jurnalın aktual olması üçün zəruri olan nədir?

Məsələn 80-cı illərin sonunda, 90-cı illərin əvvəlində müşahidə olunan belə aktuallıq bizim günlərimizdə mümkün ola bilərmi?

- Düşünmürəm ki, bizim günlərdə 90-cı illərin ədəbi bumu mümkün ola. Amma aktuallıq – populyarlıq, kütləvilik deyil.

Aktuallıq – yeni düşüncələrdə, yeni fikirlərdə olur, ədəbiyyatın mahiyyətində, mikroskopik də olsa baş verən, yeni dəyişmələrdə olur.

Bunu isə jurnallar izləməli və qeydə almalıdır.

- Məlumdur ki, Siz çox səyahət edirsiniz. Mandelştam məqalələrinin birində deyirdi ki, “Antik yazıçılardan ən yaxşıları çoğrafiyaçılar olmuşdur. Kim səyahət etməmişdisə, yazmağa cəsarət etməzdi”.

Buna oxşar fikir 12-ci əsrin sufi şairi Fəridəddin Əttar tərəfindən də deyilib: “Okeanın üstündən keçən yağış buludu kimi yola düş, zira sən yola düşməsən, heç zaman insan ola bilməzsən”.

Üfüqi məxmərlər şaquli məxmərlərə təsir edirmi, edirsə necə?


Əlbəttə, təsir edir. İstənilən səyahət – yenilənmədir: ruhi, emosinal, intellektual mənada. Bu yenidən doğulmadır.

Səyahətlərdəki kimi, heç yerdə yaxşı, aydın, qeyri-adi düşünə bilmirəm. Səyahətlərdəki kimi heç yerdə, yeni şerlərə, oçerklərə və romanlara aid çoxlu ideyalar ağlıma gəlməmişdir.

Sadəcə ətrafında baş verənlər haqqında o qədər düşünürsən ki... Səyahət – müasir dillə desək, şüuru yenidən işə salma üsuludur. Yanvarda dünyanı səyahətə çıxdım, düşünürdüm ki, çox yorulacağam.

Amma paradoks onda idi ki, əksinə, bir aydan sonra mən yola davam etməyə daha çox hazır idim.

Böyük səyahət zamanı, müxtəlif reallıqlar – Asiya, Amerika, Avropa reallıqları bir-birini əvəzləyərkən, daxili və zahiri baxışın obyektivi qeyri-adi dərəcədə genişlənir, açılır.

Və bu obyektivi daraltmağı qətiyyən istəmirsən.

"Alatoran"

Həmçinin oxu
Ertuğrul Özüaydın: “Dərgimizdə azərbaycanlı yazarları tanıda bilərik”

Günün bütün mövzuları

XS
SM
MD
LG