Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:30

Avropalı deputat Azərbaycanla Belorusu müqayisə edir


Şərq Tərəfdaşlığı Proqramı Parlament Assambleyasının loqosu
Şərq Tərəfdaşlığı Proqramı Parlament Assambleyasının loqosu
Mayın 3-də EuroNest adlı Avropa Birliyi Şərq Tərəfdaşlığı Parlament Assambleyası yaradılıb. Amma əvvəllər Birliyin həmin proqramına daxil olan Belorus həmin Assambleyadan kənar saxlanıb.

EuroNest Şərq Tərəfdaşlığı proqramına daxil olan altı ölkə ilə əlaqələrə parlamentlərin də cəlb edilməsini nəzərdə tutur. Assambleyada Şərq Tərəfdaşlığı Proqramında iştirak edən altı ölkənin – Azərbaycan, Ermənistan, Gürcüstan, Belorus, Ukrayna və Moldovadan hərəsindən 10 deputat iştirak etməlidir. Amma bugünkü toplantıda Belorus nümayəndələrinə ayrılan 10 stul boş olub. Brüsseldə bunu Minskin ötən ilin dekabrında keçirilən prezident seçkisindən sonra etiraz aksiyalarını zorakılıqla dağıtması ilə izah edirlər.

Proqrama daxil olan digər ölkələrdə, o cümlədən də Azərbaycanda demokratiya və insan haqları sarıdan vəziyyət o qədər də ürəkaçan deyil. Buna baxayaraq, yalnız Belorusun yeni Assambleyaya dəvət edilməməsi Avropa Parlamentinin üzvlərindən biri olan Gunnar Hokmark bu cür izah edib:
İsveçdən olan deputat Gunnar Hokmark

- Belorus o biri ölkələrlə müqayisə edilə bilməz. Digər ölkələrdə də problemlər var. Amma bu problemlər müzakirə ediləcək. Belorusda keçirilən son seçki isə bütün hədləri aşdı. Bütün beynəlxalq qiymətləndirmələrdə eyni nəticəyə gəlinib. Düşünürəm ki, bizim bəzi başqa ölkələrlə də debatlarımız, tənqidlərimiz olacaq. Amma yenə də mənə elə gəlir ki, Belorusda demokratiya, insan haqları sahəsində vəziyyəti proqrama daxil olan o biri ölkələrin heç biri ilə müqayisə etmək mümkün deyil.

ANSPRESS agentliyinin məlumatına görə toplantıya qatılan Avropa Parlamentinin prezidenti Jerzy Buzek iki həftə ərzində Azərbaycana səfər edəcəyini bildirib. O, bildirib ki, səfərdə məqsəd Avropa Parlamentinin Cənubi Qafqaz ölkələrinə diqqət ayırdığını nümayiş etdirməkdir. Jerzy Buzek Azərbaycan, Ermənistan və Gürcüstana səfəri zamanı Avropa İttifaqının bu ölkələrlə parlamentlər səviyyəsində, həm də EuroNest çərçivəsində ikitərəfli münasibətlərini inkişaf etdirmək, münaqişələrlə bağlı müzakirələr aparmaq niyyətindədir.
Avropa Parlamentinin prezidenti Jerzy Buzek

- Bu əməkdaşlıq kimsəyə qarşı deyil. Xüsusilə də Türkiyə və Rusiyaya qarşı. Biz hətta, həmin ölkələrdən olan deputatlarla da əməkdaşlıq etmək istəyirik. Çünki biz bilirik ki, proqramla daxil olan ölkələr Rusiya və Türkiyə ilə olduqca güclü əlaqələrə malikdirlər.

Bolqarıstan və Ukraynadan olan deputatlar yeni Assambleyanın həmsədrləri, 8 nəfər də vitse-prezident seçilib. Vitse-prezidentlərin arasında Azərbaycandan olan deputat Elxan Sülymanov da var.

Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı bir neçə il əvvəl qəbul edilib. Birlik proqrama daxil olan ölkələrə ticarət sahəsində üstünlüklər və viza rejiminin sadələşdirilməsini vəd edir.
XS
SM
MD
LG