Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:20

Ərdoğan Qaddafini hakimiyyətdən getməyə çağırır, müxalifət isə onun pullarını istəyir


Liviyanın şərqinə nəzarət edən üsyançılar bildiriblər ki, ölkənin bu hissəsinin iqtisadiyyatı yayda çökə bilər. Əgər, Qərb ölkələri Muammar Qaddafinin dondurulmuş vəsaitləri hesabına onlara 3 milyard dollar kredit verməsələr.

Üsyançıların hökumətində iqtisadiyyat və neft sənayesi naziri olan Ali Tarhoni bu məqsədlə ABŞ, Fransa və İtaliyaya müraciət edib. Onun sözlərinə görə, məsələni Cümə axşam Romada böyük dövlətlərin təmsilçiləriyl əgörüşdə müzakirə edəcəklər. və kreditin ayrılma mexanizmini də həll eləməyə çalışacaqlar.

Cümə axşamı Liviyadakı böhranın siyasi həllinin tapılması üçün keçirilən görüşdən öncə Türkiyə BAş naziri Rəcəb Tayyib Ərdoğan ilk dəfə olaraq Qaddafini hakimiyyətdən getməyə və keçid hökuməti qurulmasına çağırıb.

Deyib ki, “Kimsə gələvəyini, azadlığı, sabitliyi, sülhü və ədaləti qan tökməklə qura bilməz. Odur ki, arzu edərdik ki, Liviya lideri dərhal ölkədən çıxsın və özünün taleyi və ölkəsinin gələcəyini naminə hakimiyyətdən əl çəksin”.

Günün bütün mövzuları

XS
SM
MD
LG