Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:44

Prokuror Cabbar Savalanlıya 3 il həbs istədi


Mayın 3-də Sumqayıt Şəhər Məhkəməsində davam edən prosesdə dövlət ittihamçısı hakimdən AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlıya üç il azadlıqdan məhrum etmə cəzası istəyib.

Bu barədə AzadlıqRadiosuna Cabbar Savalanlının vəkili Anar Qasımov məlumat verib.

Onun sözlərinə görə Cabbar Savalanlı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsilə ittiham edilir. Və prokurorun istədiyi həmin maddənin sanksiyasında ən ağır cəza sayılır. Halbu ki, bu işdə nəzərə alına biləcək kifayət qədər yüngülləşdirici hallar var idi:

«Ekspert məhkəmədə heç bir elimi və tibbi rəyə əsaslanmayaraq Cabbarın narkotikdən istifadə edə biləcəyi barədə şəxsi mülahizə söylədi. Müstəntiq isə narkotikin mənbəyinin müəyyən olunması istiqamətində heç bir əməliyyat istintaq tədbirinin aparılmadığını faktiki olaraq etiraf eti. Məhkəmə Müsavat başqanı İsa Qəmbərin, eləcə də bəzi hüquq müdafiəçilərinin Cabbar Savalanlını şəxsi zaminə götürmələri barədə verilmiş vəsadəti rədd etdi».

Anar Qasımlı deyir ki, proses mayın 4-ü-də müdafiə tərəfinin çıxışı ilə davam edəcək.
XS
SM
MD
LG