Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:57

İlham Əliyev yenə "mətbuat qənimi" sırasında


“Sərhədsiz reportyorlar” İlham Əliyevi yenə “mətbuatın qənimləri - yırtıcılar" siyahısına salıb.

Sərhədsiz Reportyorlar bildirir ki, ötən il siyahıda olan ərəb ölkələri liderlərinin bəziləri inqilablar nəticəsində devrilib və ya zəiflədilib.

Hesabatda bildirilir ki, ərəb inqilablarının şok dalğası isə Çin prezidenti Hu Jintao və Azərbaycan prezidenti İlham Əliyevin siyasətlərinə təsir edib. Onlar bu inqilabların virus kimi yayılmasından narahatdırlar.

Sərhədsiz Reportyorlar Azərbaycan hakimiyyətini ərəbvari nümayişlərin qarşısını almaq üçün müxalifət və mediaya qarşı müxtəlif üsullara əl atır. Facebook fəalları həbs edilir. Azadlıq qəzetinin reporyorları oğurlanır və hədələnir. Etiraz aksiyalarını işıqlandırmağa çalışan jurnalistlər tutulur və döyülür. İnternet məhdudlaşdırılır.

Bura mətbuat azadlığını ən çox boğan ictimai şəxslərin adları salınır. Azərbaycan prezidentiylə yanaşı “Yırtıcılar” siyahısında post-svet məkanından Rusiya Baş naziri Vladimir Putin, Çeçenistan Prezidenti Ramzan Kadyrov, Özbəkistan Prezidenti İslam Karimov, Belarus Prezidenti Aleksandr Lukashenka, Türkmənistan Prezidenti Gurbangulu Berdymuhammedovun da adı var. Ümilikdə siyahıya 38 dövlət rəsmisi salınıb.

İlham Əliyev artıq 6-cı ildir ki, bu siyahıdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG