Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:01

Britaniyada 5 şübhəlini nüvə onyektinin yaxınlığında həbs ediblər


Britaniya polisi ölkənin Şimal-Qərbindəki Sellafield Nüvə zavodunun yaxınlığında 5 nəfəri terrorla mübarizə tədbirləri çərçivəsində həbs edib. Polis bildirib ki, bazar ertəsi Londondan bura gələn 20-30 yaş arasında 5 gənci maşınlara baxış keçirəndən sonra tutublar. Başqa detallar açıqlanmır.

Al-Qaeda lideri Osama Bin Laden öldürüləndən sonra Britaniyanın Baş naziri David Cameron növbəti 48 saat ərzində terror hücumlarının qarşısını almaq üçün hazırlığı artırmaqla bağlı göstəriş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG