Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:04

Elmar Hüseynovun məzarı ziyarət olundu


Elmar Hüseynovun məzarı ziyarət olundu
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00
Direct-ə keçid

Beynəlxalq Mətbuat Azadlığı günü Elmar Hüseynovun məzarı önündə qeyd olundu

Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə mayın 3-də bir qrup jurnalist, diplomatik korpus və ictimaiyyət nümayəndələri jurnalist Elmar Hüseynovun məzarını ziyarət edib.

Ziyarətçilər Azərbaycanda söz azadlığının vəziyyətini qiymətləndirib, Elmar Hüseynovun qatilinin hələ də tapılmamasını pisləyiblər.

Elmar Hüseynovun atası Sabir Hüseynov çıxışında oğlunun qətlinin üstünün hələ də açılmamasına təəssüfünü bildirib:

«Dövlət başçısı 40 gün ərzində qətlin üstünün açılacağını vəd etmişdi. Amma 6 ildən çox vaxt keçir və qətl açılmayıb. Artıq bundan sonra da açılacağına inanmıram».

Elmar Hüseynov 2005-ci ildə Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG