Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:32

Azərbaycanla Vatikan arasında saziş imzalanıb


Hidayət Orucov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri
Hidayət Orucov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri

Katolik kilsəsinin institutları Azərbaycanda hüquqi şəxs kimi tanınacaq

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində Azərbaycanla katolik kilsəsi arasında hüquqi münasibətləri tənzimləyən saziş imzalanıb.

APA-nın Müqəddəs Taxt-Tacın mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, sazişi komitə sədri Hidayət Orucov və Vatikan nunsisi arxiyepiskop Klavdio Qucerotti imzalayıblar.

Saziş səkkiz bənddən ibarətdir. Bu sənəd katolik kilsəsinin Azərbaycandakı hüquqi vəziyyətini, o cümlədən katolik dininə sitayiş etmək azadlığını tənzimləyir.

Sazişə görə, katolik kilsəsinə kilsə qanunvericiliyinə uyğun olaraq missiya təşkil etmək və həyata keçirmək hüququ verilir. Bu sənəd katolik kilsəsini və onun bütün institutlarını hüquqi şəxs kimi tanıyır və qeydiyyatdan keçirir, yerli katolik icmasının Müqəddəs Taxt-Tacla sərbəst ünsiyyətini təmin edir, kilsə əməkdaşları üçün işçi vizaların verilməsi və yaşayış konsessiyası məsələlərini tənzimləyir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG