Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:02

Göyçayda sahibkar intihar edib


Göyçay rayonunda maşın ehtiyat hissələri satan sahibkar intihar edib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin ozünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

1969-cu il təvəllüdlü Əli Həsənov mayın 2-də günorta saatlarında satıcısına zəng vurub qəbiristanlıqda olduğunu və sirkə turşusu içərək özünə qəsd etdiyini bildirib. Yaxınları onu atasının məzarı yanında tapıb xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Ə. Həsənov mayın 3-də gecəyarı vəfat edib.

Bu barədə AzadlıqRadiosuna mərhumun yaxınları məlumat verib.

Göyçay rayon prokuroru Fuad Məmmədov isə bildirib ki, «Meyit daxili və xarici müayinədən keçib. Artıq Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Hadisənin səbəbləri araşdırılır».

Ə. Həsənovun yaxınlarından adının çəkilməsini istəməyən bir nəfər isə AzadlıqRadiosuna deyib ki, mərhumun kimlərəsə xeyli borcu olub. Son vaxtlar buna görə ona hədə-qorxu da gəlirlərmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG