Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

Yaponiyada radiasiya şüalanması davam edir


Yaponiyanın Fukushima atom elektrik stansiyasında yüksək radiasiyaya görə, reaktorun soyutma sisteminin bərpası işi dayandırılıb. Martın 24-də stansiyanın 3 əməkdaşı şüalanmaya məruz qalıb, xəstəxanaya yerləşdirilib. Şüalanma gözlənildiyindən 10 min dəfə güclü olub.

Bu gün üçüncü reaktorun işlənmiş istilik çənində zədə aşkarlanıb, bu isə radiasiya axınının davam edə biləcəyi deməkdir.

Yaponiya hökuməti stansiyaya yaxın ərazidə yaşayan daha on minlərlə adamı evlərini tərk etməyə çağırıb. Buna qədər minlərlə adam artıq evakuasiya olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG