Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:50

Başqırd gənclər mitinqlərə başlayırlar


Rusiya prezidenti Dmitri Medvedev "millətlərarası barışıq, Başqırdıstan" adlı sərgidə, Ufa, 11 fevral 2011

Rusiya prezidenti Dmitri Medvedev "millətlərarası barışıq, Başqırdıstan" adlı sərgidə, Ufa, 11 fevral 2011


MEDVEDEV RUSİYADA HAMININ RUS DİLİNDƏ DANIŞMALI OLDUĞUNU DEYİR


Fevralın əvvəlində Rusiya prezidenti Dmitri Medvedev Başqırdıstanın paytaxtı Ufa şəhərində Dövlət Şurasının iclasını keçirdi. Medvedevin Ufaya səfərindən üç gün əvvəl isə Rusiya təhlükəsizlik qüvvələri bu respublikada dörd nəfəri islamçı ekstremizm ittihamı ilə həbs etmişdi.

Medvedev də Şuranın gündəliyinə çoxmədniyyətlilik mövzusunun müzakirəsini çıxarmışdı:

- Bugünkü sessiyaya bizim ölkəmizdə millətlər arasında əlaqələrin gücləndirilməsi mövzusu çıxarılıb. Məncə, hamımız bu məsələnin aktuallığının mahiyyətini başa düşürük. Sadəcə olaraq, ona görə ki, hər şey istənilən şəkildə işləmir.
Başqırd gənclərin Ufada FTB-nun binası qarşısında həbs olunanlara azadlıq tələbilə piketi, 18 fevral 2010

Amma elə həmin görüşün özündə Medvedev Rusiyada hamının rusca danışmasının vacib olduğunu deyib. Bildirib ki, bu, ölkənin birliyi baxımdan olduqca gərəklidir.

BAŞQIRD GƏNCLƏR MARTIN 25-Ə MİTİNQ TƏYİN EDİBLƏR

Amma prezidentin bu cür ziddiyyətli çıxışlarla milli azlıqların problemlərini həll etmək istədiyinə inananlar o qədər də çox deyil.

Martın 3-də Başqrıd Gənclər Birliyinin fəalları aclıq askiyasına başlayıblar. Onlar başqrıd milli fəallarına polisin təzyiqlərinə etiraz edir, birliyin keçmiş rəhbəri Artur İdelbayev və saxtakarlıq, ekstremizm ittihamları ilə həbs edilmiş milli fəal Ayrat Dilmuxametovun azad olunmasını tələb edirlər. Bir həftə ərzində daha 150 nəfər bu etiraz aksiyasına qoşulub.
Florid Bagayev

Başqırdıstan prezidenti Rustam Xamitovun birbaşa məsələyə müdaxiləsindən sonra martın 13-də aclıq askiyası müvəqqəti dayandırılıb. Amma martın 23-də onlar elan ediblər ki, tələbləri yerinə yetirilmədiyi üçün bir neçə günlük mitinqlərdən sonra apreldə yenidən aclığa başlyacaqlar.

Başqrıd Gənclər Birliyinin icraçı rəhbəri Florid Bagayev AzadliqRadiosuna bildirir ki, onların ilk mitinqləri martın 25-də olacaq:

- Ufada keçiriləcək mitinqdə biz hökumətdən və təhlükəsizlik qüvvələrindən tələb edəcəyik ki, etnik və müsəlman liderlərdən əllərini çəksinlər. Onlara qarşı təqiblər hələ də davam edir.

Başqrıd Gənclər Birliyi öz dilləri və mədəniyyətlərinin inkişıaf etdiriləməsini tələb etdiyini bildirir. Təşkilat bildirir ki, başqrıd dilində məktəblər olduqca azdır, dövlət mediasında onların dilinə yer verilmir.
Keçmiş prezident Murtaza Raximov

RAXİMOV HƏLƏ FƏALİYYƏTDƏDİR?

Amma həmin gənclər təşkilatı və yarırəsmi Başqırd Konqresi vilayətin keçmiş prezidenti Murtaza Raximova bağlı qurumlar hesab edilir. Korrupsiyalaşmış və avtoritar lider kimi təqdim edilən Raximov 1993-cü ildən 2010-cu ilə qədər vilayətə rəhbərlik edib. Keçən ilin iyulunda isə istefaya gedib. Onun hakimiyyəti illərində millətçilərin nüfuzu güclü olub.

Qərb mediasında olduğu kimi Rusiyanın özündə də getdikcə daha çox təhlilçi milli zəmində problemlərin çoxunun Kremlin imperialist siyasətində olduğunu deyirlər.

2004-cü ildə çox sayda uşağın həlak olması ilə nəticələnmiş terrordan sonra Putinin təşəbbüsü ilə federasiya subyektələrinin rəhbərlərinin yerli xalqlar tərəfindən seçilməsi qaydası ləğv edildi. Ondan sonra həmin rəhbərləri Rusiya prezidenti təyin edir, yerli parlamentlər isə təsdiqləyirlər. Nəticədə də həmin rəhbərlər birbaşa Moskvanın buyruğu altına düşür, onların hakimiyyətlərinin legitimliyi zəif olur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG