Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:23

Freddom House demokratiyanın ən böyük bəlasını korrupsiya adlandırır


Mixail Zlatkovskinin karikaturası,

Mixail Zlatkovskinin karikaturası,


"Rusiya və keçmiş sovet ölkələrinin çoxunda demokratik islahatların ən böyük maneəsi korrupsiyadır". Bu fikri Freedom House təşkilatı martın 23-də yaydığı hesabatında qeyd edir.

“Daimi mübarizə: keçmiş sovet respublikaları və yeni Avropa Birliyi ölkələrində korrupsiya” adlanan sənədə görə Rusiyada prezident seçkisinə 1 il qalır.

KORRUPSİYA - DEMOKRATİYA İNKİŞAFININ ƏSAS MANEƏSİ

Amma sistemli korrupsiya seçki ərəfəsində aparılan bütün islahat cəhdlərini heçə endirir:

“Rusiyada demək olar ki, bütün institusional aparat korrupsiya sisteminin tərkib hissəsinə çevrilib. Bu korrupsiya sisteminin əsas qida mənbəyi də neft gəlirləridir.
Bu pullar hesabına ölkədə məhkəmələr, hüquq mühafizə orqanları, təhlükəsizlik xidməti, media sanki əlbir çalışır”.

Freedom House təşkilatının icraçı direktoru David J. Kramer hesab edir ki, Rusiyada dekabrda keçiriləcək Duma və bir qədər sonra prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi problemlərin əksəriyyəti korrupsiya ilə bağlıdır.

NEFT ÖLKƏLƏRİNDƏ KORRUPSİYA

Hesabatda həmçinin yazılır ki, enerji ehtiyatları ilə zəngin olan keçmiş sovet respublikalarının çoxunda mülkiyyət hüquqları, müqavilələr üzrə öhdəliklərə sadiqlik, o cümlədən azad bazar prinsipləri haqqında söhbətlər hakim elitada ikrahla qarşılanır.
Freedom House hesabatında korrupsiyanın demokratiyaya təsirini izah edir

Çünki ölkələrin strateji iqtisadi imkanları liderlərin ailə üzvləri, ya da onların ortaqları arasında bölünüb:

“Qazaxıstan, Azərbaycan və Özbəkistan kimi ölkələrdə əsas biznes sahələrində çalışanlar ölkə rəhbərliyinə ödənclər etməsələr, onların fəaliyyətləri məhdudlaşdırılır.

Qeyd etməyə dəyər ki, Rusiya, Azərbaycan və Qazaxıstan enerji ehtiyatları sarıdan zəngin ölkələrdir. Əlbəttə, başdan-ayağa korrupsiyalaşmış və avtoritar rejimlər həmin pullar hesabına özlərinə təhlükəsizlik və senzura aparatı da yaradırlar” – deyə müəlliflər yazırlar.

QƏRB İSTƏSƏ KORRUPSİYANI DAYANDIRAR?

Hesabatda daha sonra qeyd edilir ki, Avropa Birliyi və onun demokratik müttəfiqləri, xüsusilə də ABŞ bu problemlərin həllinə tam imkanlıdırlar. Onlar həm yerli demokratik qurumları gücləndirə, həm də Rusiya, Azərbaycan və Qazaxıstan kimi ölkələrlə bağlı siyasətlərində daha qətiyyətli ola bilərlər.

Hesabatın yeni Avropa Birliyi üzvü olan ölkələrdən bəhs edən bölməsində yazılır ki, Baltik ölkələri istisna olmaqla keçmiş Sovet İttifaqı məkanının bütün ölkələrində rüşvət təşkilatlı formaya çevrilib. Avropa Birliyinə yeni üzv olan ölkələrdə də korrupsiya ilə bağlı olan problemlər qalır.

AZƏRBAYCAN RƏSMİLƏRİ PROBLEM GÖRMÜRLƏR

Azərbaycan rəsmiləri dövlət başçısının ailə üzvlərinin bizneslə məşğul olmasını inkar etmirlər. Bildirirlər ki, adi vətəndaşlar kimi pul qazanmaq onların da hüquqlarıdır.

Prezident Administrasiyasının rəsmiləri və hakim YAP-nın nümayəndələri həmçinin Freedom House və başqa beynəlxalq insan haqları təşkilatlarının Azərbaycan yönəlik tənqidi hesabatlarını da qərəzli adlandırırlar. Onlar bildirirlər ki, bu cür hesabatlar hansısa dairələrin Bakıya təzyiq cəhdləridir.

Azərbaycan həm də ilin əvvəlindən hökumətin anti-korrupsiya kampaniyası başlayıb.

Şərhləri göstər

XS
SM
MD
LG