Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:11

Türkiyədə NATO-ilə Liviya danışıqları



NATO-nun baş hərbi komandanı James Stavridis bu gün Ankarada Türkiyə rəsmiləri ilə görüşüb. Onlar BMT-nin Liviya üzərində uçuşların qadağan olunması ilə bağlı qərarına Türkiyənin mövqeyini müzakirə ediblər.

Bundan öncə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu demişdi ki, koalisiya BMT qətnaməsi çərçivəsində davranmalı, Qaddafini hakimiyyətdən devirmək üçün istifadə etməməlidir.

O hesab edir ki, öhdəlik mülki vətəndaşların müdafiəsi, silah satışına qadağa uçuş zonasının qadağan edilməsi ilə məhdudlaşmalıdır.

NATO üzv ölkələrinin səfirləri bu gün Brüsseldə NATO-nun missiyasını müzakirə etmək üçün yığışıb. Missiyanın sözçüsü Oana Lungescu deyir ki, hələlik konsensus əldə olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG