Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:32

Rusiya Yaponiyadan ərzaq idxalına qadağa qoyub


Rusiyanın istehlakçı müdafiəsi agentliyi deyib ki, bu gün Rusiya Yaponiyadan ərzaq gətirilməsinə qadağa qoyub. Bu qərardan öncə Yaponiya rəsmiləri açıqlamışdılar ki, şəhərdə kran suyunda radiaoktiv yodun səviyyəsi körpələrin təhlükəsizliyi üçün yol verilən həddi iki dəfə ötüb.

ABŞ və Avstraliya da Yaponiyadan süd məhsullarının idxalını dayandırır. Honk-Konq deyir ki, o, Yaponiyadan ətin, yumurtanın, dəniz məhsullarının təhlükəsizliyinin yoxlanmasını tələb edəcək.

Radiasiya həmçinin süd xammalında, dəniz məhsullarında və 11 növ tərəvəzdə yayılır.
XS
SM
MD
LG