Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:41

Portuqaliyanın baş naziri istefa verdi



Portuqaliyanın baş naziri Jose Socrates istefa verdiyini elan edib. O, bu addımını parlamentin səs çoxluğu ilə hökumətin təklif etdiyi böhran əleyhinə tədbirlər planını rədd etməsindən sonra atıb. Jose Socrates deyib ki, "müxalifət hökuməti hökumutə rəhbərlik etməkdən kənarlaşdırdı".

Bütün beş müxalifət partiyası parlamentdə tədbirlər planının əleyhinə səs verib.
AB sammitində Portuqaliya da daxil olmaqla avrozonanın zəif olduğu üzv ölkələrlə bağlı müzakirələrdən sonra bu ölkədə hökumət böhranı yaranıb.

Jose Socrates çalışırdı ki, bu il ötən illərlə müqayisədə büdcə kəsirini 4.6 faizədək azaltsın. Ötən ildə büdcə kəsiri 7,3, 2009-cu ildə isə 9,4 faiz olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG