Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:08

Azərbaycan BMT-də 9 yaşlı uşağın qətli məsələsini qaldırıb


Azərbaycan BMT-də 9 yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən öldürülməsi ilə bağlı məsələ qaldırıb.

Bu barədə «APA»ya BMT İnformasiya Mərkəzindən bildirilib

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevin bununla bağlı BMT Baş Katibinə məktubu təşkilata üzv dövlətlərin nümayəndəliklərinə göndərilib.

Məktubda deyilir: «Martın 8-də Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperi Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlova atəş açıb. O, başından yaralanıb və xəstəxanaya aparılarkən dünyasını dəyişib. Biz dəfələrlə bildirmişik ki, ermənilər mütəmadi olaraq atəşkəs rejimini pozaraq təkcə Azərbaycan əsgərlərinə deyil, həm də cəbhəyanı bölgələrdə yaşayan dinc sakinlərə hücum edir, onları öldürür».

Səfir deyib ki, Ermənistan həm də bununla beynəlxalq hüquq və münaqişənin həlli prosesi çərçivəsində götürdüyü öhdəliklərə davamlı hörmətsizliyini göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG