Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:32

Yaponiya hələ də ümid edir reaktorları soyuda biləcəklər


Mühəndislər Fukushima atom Elektrik stansiyasında üçüncü reaktorunda soyutma işinin bərpasına başlayıblar. Martın 23-də Tokiyo Elektrik Enerjisi Şirkəti stansiyada qara tüstü buludu müşahidə olunandan sonra bu işi təxirə salmışdılar. Yaponiya nüvə təhlükəsizliyi agentliyi deyir ki, bu gün mühəndislər reaktora nəzarət otağına gedən elektriki qismən bərpa ediblər.

Dünən Yaponiya rəsmiləri bildrilib ki, suda reaktiv yodun səviyyəsi körpələr üçün təhlükəsiz həddindən iki dəfə artıqdır. .

Martın 11-də Yaponiyada 9 bal gücündə zəlzələ olub, zəlzələdən sonra baş verən sunami dağıntılar törədib, 9 minə yaxın adam həlak olub, Fukushima atom Elektrik stansiyasının bir neçə reaktoru zədələnib. Hazırda Yaponiya stansiyada reaktorların qızmaması üçün mübarizə aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG