Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:51

Suriyada yeni toqquşmalarda 15 adam öldürülüb


Suriyanın Deraa şəhərində təhlükəsizlik qüvvələrinin azı 15 adamı öldürdüyü xəbər verilir.6 adam isə bu şəhərdə əl-Omari məscidinə hücum zamanı öldürülüb. Yüzlərlə etirazçılar siyasi azadlıqlar və islahatlar tələbi ilə məscidə yaxın küçələrə çıxmışdılar.

Məlumatlara görə, digər doqquz nəfər isə şəhər mərkəzinə yaxın ərazidə öldürülüb. Suriya hökuməti bu qətllərə görə silahlı qrupları günahlandırıb və 3 nəfərin-həkim, feldşer və sürücününün öldürüldüyünü deyir.

Rəsmi SANA agentliyinin yaydığı bəyanatda hakimiyyətin dinc sakinləri terror edən silahlı qruplara qarşı mübarizəni davam etdirəcəyi bildirilir.

Nümayişçilər xeyli vaxtdır ki, ölkədə tətbiq edilmiş fövqəladə vəziyyət rejiminin ləğvini, xalqaq daha çox azadlıq verilməsini və prezident Bashar Assadın istefasını tələb edirlər.
Avropa Birliyi Suriya hakimiyyətinin ölkədə islahatlar tələb edən etirazçılara qarşı güc tətbiq eləməsini kəskin ittiham edib.
XS
SM
MD
LG