Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:53

Vəzifədən gedənlərin acı taleyi...


Havelin yeni filmindən kadr
Havelin yeni filmindən kadr
Praqanın kino həvəskarları keçmiş Çexiya prezidenti Vaslav Havelin ssenarisi ilə çəkilən ilk bədii filmin premyerasına axışıblar.

Havel dünyaca məşhur keçmiş dissident və öz ölkəsində tanınmış dramaturqdur.

“Gediş” filmi adı çəkilməyən bir ölkədə istefaya çıxmış vəzifəli şəxsin taleyindən bəhs edir.

Vəzifədən gedəndən sonra o, yaşadığı dövlət villasından çıxarılmaq təhlükəsi ilə üzləşir.

Onu hədələyirlər ki, əgər qatı düşmənin olan və sənin yerinə keçən şəxsi açıq şəkildə dəstəkləməsən, rahat villa əlindən çıxacaq.

Bəziləri hesab edir ki, film avtobioqrafikdir

2003-cü ildə prezidentlikdən gedən Haveli onun rəqibi olan Vaslav Klaus əvəzləmişdi.

Havel filmin premyerasından sonra. 22 mart 2011, Praqa
Hətta filmdəki obrazın – Vlastik Kleynin adı hazırkı prezident Vaslav Klausun adına bənzəsə də, Havel deyir ki, film avtobioqrafik deyil .

Havelə görə, film həyatın dolanbac yolları haqqındadır.

“Baş qəhrəman həyatındakı dəyişikliklərə uyğunlaşa bilmir, onun ətrafındakı bütün dünya “çökür”. O bu dəyişikliklərə ən uğursuz formada reaksiya verir”.

Film Havelin eyniadlı pyesi əsasında çəkilib. Pyes Çexiya teatrlarında uğurla nümayiş etdirildiyi üçün

Filmin də uğur qazanacağına ümidlər böyükdür

Pyesin premyerası 2008-ci ildə olmuşdu, amma Havel deyir ki, onu 20 il qabaq – 1988-ci ildə yazmağa başlayıb, sadəcə, o, sovetlərə qarşı mübarizədə iştirak etdiyi və sonra hakimiyyətə gəldiyi üçün əsər yarımçıq qalıb.

Havelə görə, əslində əsər 1968-ci ildə sovet qoşunlarının Praqa üsyanını yatırmasından sonra vəzifələrini itirmiş çex ziyalılarının acı taleyindən bəhs edir.

Havel indi çox yaşlaşıb, çox siqaret çəkdiyi üçün ağciyər xərçənginə tutulub və ağciyərinin bir hissəsi kəsilib. Amma artıq xəstəxanadan buraxılıb və filmin martın 22-dəki premyerasında iştirak edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG