Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:06

Azərbaycan Ordusunun hərbçisi həlak olub


Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi həlak olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində baş verib. Atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Samir Ağayev həlak olub.

1986-cı il təvəllüdlü Samir Ağayev müddətdən artıq xidmət keçən hərbi qulluqçu olub. O, Tovuz rayon Hərbi Komissarlığından xidmətə çağırılmışdı.


Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbəri təsdiqləyiblər.
XS
SM
MD
LG