Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:02

Yəməndə fövqəladə vəziyyət rejimi tətbiq edilib


Yəmən parlamenti ölkədə 30 gün fövqəladə vəziyyət rejimi tətbiq edilməsini təsdiqləyib.

Təklifi prezident Ali Abdullah Saleh verib.

Müxalifətdən olan deputatlar səsverməni baykot ediblər.

Təsdiq edilmiuş qanun layihəsində ölkədəki mövcud konstitusiyanın dayandırılması, etiraz aksiyalarının qadağan edilməsi,senzura tətbiq edilməsi və ordersiz həbslərə icazə verilməsi nəzərdə tutulur.

Bir aydan çoxdur ki, Yəməndə 32 ildir ki, hakimiyyətdə olan prezident Ali Abdullah Salehin istefası tələbilə etiraz aksiy6aları keçirilir.

Bu müddət ərzində polislə nümayişçilər arasında baş vermiş toqquşmalarda onlarla adam ölüb.
XS
SM
MD
LG