Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:44

Christoph Strasserin Azərbaycanda siyasi məhbuslar üzrə mandatı təsdiqlənib


Avropa Şurasının Hüquqi İşlər və İnsan Haqları komitəsi Azərbaycanda siyasi məhbusların vəziyyətilə bağlı Christoph Strasserin mandatını təsdiqləyib.

Komitənin 2011-ci il martın 8-də keçirilmiş sesiyasında təsdiq edilmiş mandat Christoph Strasserə Azərbaycanda siyasi məhbusları müəyyən etməklə yanaşı, onların vəziyyətini araşdırmaq imkanı da verir.

Christoph Strasser komitəyə obyektiv və balanslı hesabat təqdim eləmək üçün azərbaycanlı həmkarlarını bu sahədə əməkdaşlığa çağırıb.

Belə bir əməkdaşlığa mane olunacağı halda sanksiya istisna olunmur.

Christoph Strasser komitənin bu il yanvarın 24-də keçirilmiş sesiyasında Azərbaycan hakimiyyətinin təşkilatla əməkdaşlıq etməməsi barədə məsələ qaldırıb.

Avropa Şurasına üzv olan hər bir dövlətdən bu sahədə qurumla əməli əməkdaşlıq və mümkün qanun pzuntuları il bağlı məlumat vermək tələb olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG