Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:59

Sabir Rüstəmxanlı. Yol gedirəm
















Vaxt oyunu? Anım - ildir, illərimsə - an,
Mənzilimə bir çatacaq uşaqla karvan.
Qədərimiz həm yaradan, həm yaradılan
Yol gedirəm üzü göyə, üzü Tanrıya!

Yaranışın “ol!” sözündən olub gəlmişəm,
Hər çarəni öz içimdə bulub gəlmişəm,
“Əylən!” deyən neçə nəfsə gülüb gəlmişəm
Yol gedirəm üzü göyə, üzü Tanrıya!

Bu yazılan, bu pozulan hərflərimiz - yol,
Yasxanadan toyxanaya keflərimiz - yol,
Bir mərtəbə, on mərtəbə evlərimiz - yol,
Yol gedirəm üzü göyə, üzü Tanrıya!

Dilbilməzlər öyrətməkdən dilim qabardı,
Budağımda qasırğadan yetişən bardı
Saçlarımda qar çiçəyi - qışım bahardı
Yol gedirəm üzü göyə, üzü Tanrıya!

Mən arıyam - ömrüm qısa, yüküm əbədi,
Yurddaşımın yaddaşında şəklim əbədi,
Tanrımıza ünvanlanan fikrim əbədi!
Yol gedirəm üzü göyə, üzü Tanrıya!

Adıma bax! Səbr eləmək Tanrı vərdişi
Mən gülürəm, ağladanın ağarır dişi.
Xəyalımda ölümümdən sonrakı işim
Yol gedirəm üzü göyə, üzü Tanrıya!

19 avqust, 2007

www.vhpress.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG