Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:09

Fukusimo stansiyasının üzərində yenidən qara tüstü müşahidə olunub


Yaponiyada qəzalı vəziyyətdə olan Fukusimo-Dayiçi atöm elektrik stansiyasının üzərində yenidən qara tüstü buludu müşahidə olunub.

Məlumatlara görə tüstü 3 nömrəli reaktorun yerləşdiyi korpusun üstündə əmələ gəlib.
Stansiyada soyutma sisteminin bərpasıyla məşğul olan işçilər evakuasiya olunub.

Yaponiyanın hakim dairələri stansiyaaya yaxın rayonlardan ərzaq ixracını müvəqqəti dayandırıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, stansiyada radiasiya sızması hələ də davam edir.

Mühəndislərin bütün enerji bloklarını elektrik şəbəkəsinə qoşması ümid verir ki, yaxın vaxtlarda stansiyanın soyutma sistemi işə salına bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG