Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:41

ABŞ komandanlığı müttəfiqlərinə verir


ABŞ prezidenti Barack Obama bildirib ki,Vaşinqton yaxın vaxtlarda Liviyada əməliyyatlara komandanlığı müttəfiqlərinə verəcək.

Obama bunu NATO-nun Liviyadakı əməliyyatlarda əsas rol oynaması ilə bağlı Fransa prezidenti Nicolas Sarkozy və Böyük Britaniyanın baş naziri David Cameronla razılığa gəldikdən sonra bəyan edib.

Bu gün səhər Liviyanın Paytaxtı Tripolidə partlayış səsləri eşidilib.

Həmçinin bu gün Misrata, Zintan və Yafran şəhərlərinin yaxınlığında Gaddafi qüvvələrilə üsyançılar arasında toqquşma olub.

NATO-nun hərbi gəmiləri Liviyaya silah göndərilməsinə qoyulmuş embarqoya əməl edilməsini izləmək üçün bu gündən Liviya sahillərində patrul xidmətinə başlayıblar.

Muammar Gaddafi televiziyayla çıxışında digər müsəlman ölkələrini onun sözlərilə desək “ Səlib yürüşü”-nə qarşı mübarizəyə çağırıb.
XS
SM
MD
LG