Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:16

Avropada yaşayan azərbaycanlılar Fəxrəddin Hacıbəylinin döyülməsini pisləyir


Fəxrəddin Hacıbəyli
Almaniyada mühacirətdə yaşayan azərbaycanlı jurnalist Fəxrəddin Hacıbəylinin döyülməsi ilə bağlı Avropada Yaşayan Azərbaycanlılar (AYA) təşkilatı bəyanat yayıb. Bəyanatın bir surətini də Almaniya hüquq-mühafizə orqanlarına və Azərbaycan hökumətinə ünvanlayan bəyanat müəllifləri bildiriblər ki, jurnalistin döyülməsini «onun həyatına terror hadisəsi kimi» qiymətləndirirlər.

Bəyanat müəllifləri iddia edirlər ki, F.Hacıbəylini Almaniyadakı Azərbaycan Evinin rəhbəri Tofiq Qarayev və onun göstərişi ilə hərəkət edən şəxslər «ölümcül döyüblər»:

«AYA hadisəni törədən qrupun rəhbəri Tofiq Qarayevin Almaniya hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb olunmasını alqışlayır. Eyni zamanda tələb edir ki, hadisəni sifariş verən və törədən digər şəxslər tapılaraq istintaqa cəlb edilsinlər».

AYA tələb edir ki, Azərbaycan hökuməti «siyasi iradə nümayiş etdirib jurnalistə qarşı fiziki təzyiq göstərən şəxslərin təmsilçiliyindən imtina etsin!».

Bəyanat müəllifləri beynəlxalq ictimaiyyətdən məsələyə adekvat münasibət gözlədiklərini bildiriblər.

Fəxrəddin Hacıbəyli AzadlıqRadiosuna bildirib ki, döyülməsinin səbəbi bir il əvvəl «Azadlıq» qəzetindəki diasporun fəaliyyətini tənqid edən məqaləsi olub.

Azərbaycan Evinin sədri T. Qarayev isə AzadlıqRadiosuna deyilənləri təkzib edir, bildirir ki, aralarında mübahisə olub, amma jurnalisti kimin döydüyünü görməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG