Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:49

Avropa Şurasının Baş katibi İlham Əliyevə məktub yazıb


Thorbjørn Jagland

Thorbjørn Jagland

Avropa Şurasının Baş katibi Thorbjørn Jagland Azərbaycanda Avropa Şurası standartlarına riayət olunması ilə bağlı prezident İlham Əliyevə məktub yazıb.

Məktubda Jagland Azərbaycanda plüralizm, ifadə və birləşmə azadlığının vəziyyəti ilə bağlı narahatlığını bildirib.

Martın 11-12-də Bakıda keçirilmiş aksiyalara toxunan Baş katib toplaşma azadlığı ilə bağlı Azərbaycanın tutduğu mövqeyi dəyişməyə çağırıb.

O, Azərbaycan hakimiyyətinin İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarını hələ də yerinə yetirməməsindən, jurnalist Eynulla Fətullayevin həbsinə son qoyulması üçün bütün imkanları nəzərdən keçirməməsindən təəssüfləndiyini bildirib.

Baş katib insan hüquqları və əsas azadlıqların təminatı sahəsindəki qanunvericiliyin, inzibati və məhkəmə təcrübəsinin Avropa Şurası səviyyəsinə çatdırılması üçün Azərbaycan hökumətinə öz köməyini bir daha təklif edib.

Thorbjørn Jagland Bakıya səfər edib bu məsələləri prezident Əliyev və onun administrasiyası ilə müzakirə etmək arzusunu da bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG