Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:37
Nobel mükafatlı rus yazıçısı Mixail Şoloxovun dünyaca məşhur “Sakit Don” romanı tezliklə orjinal versiyada – müəllifin öz əlyazısı əsasında çap olunacaq.

Oxucular əsəri senzurasız oxumaq imkanı qazanacaqlar. Vaxtilə sovet senzorlarının redaktəsi nəticəsində romandan bir neçə min söz və Veşenskaya stanitsasında üsyan haqqında bütöv bir bölümü çıxarmışdılar. ("Moskovskiy komsomolets")

Romanı çapa yazıçı Aleksandr Struçkov və Şoloxovun böyük qızı hazırlayıblar. Əsərin senzurasız variantı “Sakit Don”un ilk dəfə çap edildiyi Xarkovda işıq üzü görəcək.

1930-cu ildə “Sakit Don”un birinci və ikinci hissələrinin çapından sonra bir sıra sovet yazıçıları Şoloxovu “ağqvardiyaçıları təbliğ etməkdə” suçlamışdılar.

Onlar romanın çapının dayandırılmasını tələb etmişdilər.

O zaman Şoloxov Stalinə şikayət etmişdi.

Deyilənə görə, rəhbərin “Siz bolşevikləri niyə mənfi yöndən təsvir edirsiz?” sualına yazıçı “taktiki gediş edərək” belə cavab verib ki, o, pis bolşevikləri yox, Trotskinin bəd əməllərini təsvir edib.

Bundan sonra Stalin əsərin üçüncü və dördüncü hissələrinin çapına göstəriş verib.

Amma əsərin əlyazması “siyasi cəhətdən” redaktə edilib.

Şoloxovun kitabları bir siyasi cərəyan olaraq trotskiçiliyə qarşı mübarizə aparmaqdan ötrü Stalinə lazım idi.

Redaktə nəticəsində əsərdən çıxarılan sözlərə görə hətta bəzi abzaslar mənasını itirib.

Romanın birinci və ikinci hissələrinin əlyazması uzun müddət itmiş sayılırdı.

Amma yazıçının ölümündən 15 il sonra – 1999-cu ildə mətbuata məlumat sızdı ki, həmin əlyazmalar “Şoloxovun bir dostu”nun evindədir.

Rusiya Yazıçılar Birliyinin Xarkov bölümünün rəhbəri Leonid Maşulin deyir ki, həmin məlumatı əldə edəndən sonra əlyazmaları pulla almaq qərara alınır.

“Həmin şəxslə danışıqlar başlanır, amma məlum olur ki, onun istədiyi məbləği ödəməyə nə Şoloxovun yaxınlarının, nə də Rusiya Yazıçılar Bitliyinin pulu çatar.

Kömək üçün Rusiyanın o zamankı prezidenti Vladimir Putinə müraciət edilir.
Onun işə müdaxiləsindən sonra əlyazmanın alınması üçün pul ayrılır və 1999-cu ilin oktyabrında satın alınan əlyazma hazırda Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda saxlanır”.

Məbləğ açıqlanmsa da, bəzi məlumatlara görə, əsərin orijinalına görə 50 min dollar ödənib.

Romanın yeni variantda çapı üçün sazişin təntənəli imzalanma mərasimi martın 18-də “Харьковская книжная фабрика” nəşriyyatında baş tutub.

Romanın 1000 tirajlıq, dəri üz qabıqlı ilk partiyası aprelin 9-dək oxuculara təqdim ediləcək.

Daha sonra romanın Rusiyada və digər post-sovet ölkələrində də yayılması nəzərdə tutulur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG