Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:10
İsrailin keçmiş prezidenti Moshe Katsav zorlama ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Martın 23-də keçirilən məhkəmədə keçmiş prezident göz yaşları tökərək hakimin qərarını “yalanın təntənəsi” adlandırıb.

İttihamlara görə Moshe Katsav 1998-ci ildə Turizm naziri olarkən qadın işçilərindən birini zoralyıb. 2000-ci ildən 2007-ci illər arası, prezident olduğu dövrdə onun daha 2 qadına qarşı seksual məzmunlu hərəkətlərə yol verdiyi iddia olunurdu. Ötən ilin dekabrında keçirilən məhkəmə bu ittihamları qəbul edərək, keçmiş prezidenti günahlı bilmişdi.

Katsava qarşı irəli sürülən daha bir ittihamda deyilirdi ki, o, qadınlardan birinin verdiyi şikayətin araşdırılması zamanı məhkəməyə təzyiq göstərib. Məhkəmə bu ittihamı da qəbul etdi.

Bugünkü qərar 5 idir davam edən məhkəmələr silsiləsinin sonuncusudur.

Bu qalmqala görə prezident vəzifəsindən vaxtından əvvəl istefa verməyə məcbur olmuş 65 yaşlı Moshe Katsav bütün ittihamları rədd edir, bunları onun nüfuzuna zərbə vurmaq üçün ortaya atılan siyasi mahiyyətli yalanlar adlandırır.

İsrailin Baş naziri Benjamin Netanyahu isə hesab edir ki, Katsav haqqında bu məhkəmə qərarı həm utandırıcı, həm də qüruruvericidir:

- Bu, İsrail dövlətinin tarixində xüsusi yeri olacaq bir gündür. Bu bir yandan qan qaraldan, üz qızardan gündür. O biri yandan da İsraildə ədalət sisteminə qürur gətirən bir andır. Məhkəmələr çox aydın və sadə bir prinsip əsasında çalışır: hamı qanun qarşısında bərabərdir, heç kim qanundan yüksəkdə deyil.

Moshe Katsav 24 yaşında ölkəsinin ən gənc meri (kiçik Kiryat Mal`akhi şəhərində) olub və ondan sonra mühafizəkar Likud partiyasının sıralarında hökumətdə müxtəlif vəzifələrdə çalışıb.

İsrailin Qadın hüquqularını müdafiə qurumlarından olan Zorlamalara qarşı Böhran Mərkəzinin rəhbəri Miriam Schler məhkəmənin bugünkü qərarını qələbə kimi qiymətləndirir:

- Bu qərar ən azından zorakılıq qurbanlarına bir mesaj verir ki, artıq onları müdafiə edə biləcək bir hüquqi sistem var. Onların da tərəfində duran, onları qoruyan kimsə var. Hətta yüksək vəzifəli şəxsi, o cümlədən də prezidenti də məhkəməyə vermək olar.

Məhkəmənin qərarı ilə keçmiş prezident mayın 8-dən həbsxanaya göndəriləcək. Burada isə onun apelyasiya şikayəti vermək üçün vaxtı olacaq.

Moshe Katsav azadlıqdan məhrum edilməklə yanaşı, cərimə də ödəməli olacaq. Məhkəmənin qərarına görə keçmiş prezident özünün qurbanlarından birinə 25 000, digərinə 7 000 dollar pul da ödəməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG