Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:48

Jurnalistləri Müdafiə Komitəsi bildirir ki, E.Fətullayev hücum hədələri alır və xəstədir


Eynulla Fətullayev

Eynulla Fətullayev

Eynulla Fətullayevin vəkili Anar Qasımov jurnalist məhbusun həyatına konkret təhlükə barədə detallı məlumat vermir. Amma o, deyir ki, Eynulla bir müddət öncə aclıq aksiyası keçirəndə, həbsxanadakı kriminal avtoritetlər bu addımın «türmə qanunlarına» zidd olduğunu əsas gətirərək aksiyanı dayandırmağa çağırıblar:

«Eynulla isə bundan imtina edib ki, o, siyasi məhbusdur və «türmə qanunları» ona aid deyil. Bundan sonra onu hədələyiblər ki, bu imtinanın nəticəsini görərsən».

Anar Qasımov deyir ki, tibbi müayinədən sonra Eynulla Fətullayevin səhhətində müsbət dəyişiklik var:

«Artıq 20 gündür ki, karserdə saxlanır. Məhbusu 30 gündən artıq karserdə saxlamaq olmaz. İndi bu müddət tamam olandan sonra Eynullanı yenidən yerinə qaytaracaqlar. Bu müddətdə isə Eynullanın öz istəyi ilə nədən karserdə saxlanmaq istəməsi araşdırılmayıb. Azadlığa buraxmasalar da, heç olmazsa, onun 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi tələbinin təmin olunmasını istəyirik».

***

New Yorkdakı Jurnalistləri Müdafiə Komitəsi Eynulla Fətullayevin həbsdəki vəziyyətindən narahatlıq bildirib.

Komitənin məlumatına görə, yeni həbsxanaya köçürüləndən sonra Eynulla Fətullayev öz həyatına görə ehtiyat edir. Jurnalist xahiş edir ki, onu başqa məhbuslardan ayırsınlar.
Komitənin məlumatına görə, jurnalistin hazırda səhhəti pisləşib və o, müalicə olunmur.

Komitə Eynulla Fətullayevin hüquqlarını müdafiə edən Anar Qasımova istinadla bildirir ki, Bakıdakı bir saylı həbsxanaya köçürüləndən sonra jurnalist ona düşmən gözü ilə baxan məhbuslardan hücum hədələri alıb.

Reportyorların Azadlığı və Təhlükəsizliyi institutunun rəhbəri Emin Hüseynov isə deyir ki, Eynulla Fətullayev bronxit və dəri infeksiyası xəstəliklərinə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG