Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:30

Çin təklif edir ki, Liviyanın məktubu bağlı qapılar arxasında müzakirə olunsun


Liviya BMT-nin Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasını tələb edir. Liviya koalisiya qüvvələrinin Liviyaya qarşı hərəkətini hərbi təcavüz adlandırır.

Lakin Şura qərara alıb ki, cümə axşamı BMT-nin baş katibi Ban Ki Munla keçiriləcək iclasla keçinsinlər.
Həmin iclasda Liviya qətnaməsinin həyata keçirilməsi müzakirə olunacaq.

Şuraya bu ay sədrlik edən Çin təklif edib ki, Liviyanın məktubu bağlı qapılar arxasındakı məsləhətləşmələrlə müzakirə olunsun.
XS
SM
MD
LG