Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:59
Apple şirkəti Amazon.com - internet ticarəti nəhəngini məhkəmyə verib. Apple “App Store” adının Amazonun satış şəbəkələrində istifadə olunmasına etiraz edir. (“Store” – ingilis dilində “dükan, mağaza” deməkdir)

- Biz Amazondan xahiş etmişik ki, “App Store” adından istifadə etməsin, çünki bununla müştəriləri çaşdıra bilər. – deyə Apple şirkətinin nümayəndəsi Bloomberg agentliyinə bildirib.

İndiyədək Apple məxsus olan “App Store” saytı iPhone, iPod və iPad-larda istifadə olunmaq üçün köməkçi proqramlar yükləməyı təklif edirdi. Xəbər verilir ki, 2008-ci ildən bəri bu saytdan proqram yükləmələrinin sayı 10 milyarddan çox olub.

Bu yaxınlarda isə Amazon mobil telefonlarda istifadə etmək üçün yaratdığı yeni proqrama “App Store” adını verib. Apple iddia edir ki, Amazon proqramların yüklənməsi üçün yaratdığı yeni saytında da eyni addan istifadə etmək niyyətindədir.

Apple ticarət nişanı (emblem) və rəqabət qaydalarının pozulmasından şikayət edərək məhkəmədn xahiş edir ki, “App Store” adından istifadə olunmasını Amazona qadağan etsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG