Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:19

Azərbaycan Ərəb dünyası ilə əlaqələrə xüsusi önəm verir


Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında insan alveri ilə mübarizə üzrə əməkdaşlığa dair sənəd imzalanıb. Belə bir sənəd Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun bu ölkəyə səfəri zamanı imzalanıb.

Xarici İşlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə, o, həmkarı Şeyx Abdulla bin Zayed Əl Nahyan ilə görüşüb.

Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi, iqtisadi, humanitar, elmi-texniki, səhiyyə, təhsil, mədəniyyət, turizm sahələrində ikitərəfli münasibətlərin inkişaf etdiyi vurğulanıb.

Nazir E. Məmmədyarov Azərbaycanın xarici siyasətində Ərəb dünyası ilə əlaqələrə xüsusi önəm verildiyini, ərəb ölkələri ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayıb.

O, Azərbaycanın Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası ilə əməkdaşlıqda maraqlı olduğunu, bu istiqamətdə ölkəmizin səylərinin BƏƏ tərəfindən dəstəklənməsinin vacibliyini qarşı tərəfin diqqətinə çatdırıb.
XS
SM
MD
LG