Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:18

Əfqanıstan polisi nəzarətə ələ alır


Əfqanıstanın 7 əyalətinə nəzarət iyul ayında beynəlxalq koalisiya qüvvələrindən yerli qurumlara veriləcək.

Bu barədə Əfqanıstan prezidenti Həmid Kərzayi məlumat verib.

Kərzayi bildirib ki, bunlar ilk növbədə nisbətən sakit Kabil, Pancşer və Bamian əyalətləri, Helmand əyalətinin paytaxtı Ləşkar Gah, qərbdə Herat şəhəri, şimalda Mazer-i Shari və şərqi Lağman əyalətində Mehterlam şəhəridir.

Təhlükəsizliyə nəzarət prosesinin Əfqanıstan qüvvələrinə ötürülməsi 2014-cü ilin sonunda başa çatmalıdır. Həmin vaxta qədər xarici qüvvələr ölkədən çıxmalıdır.
XS
SM
MD
LG