Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:49
Rusiya istəsəydi BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qərarının qarşısını ala bilərdi. Təhlükəsizlik Şurasının daimi üzvü kimi bu ölkənin veto hüququ var idi. Martın 17-də BMT TŞ iclasında Rusiyanın nümayəndəsi bitərəf qalmaqla kifayətləndi.

Lakin bazar ertəsi Liviya sanksiyalarını kəskin tənqid etməklə Rusiyanın Baş naziri Vladimir Putin çoxlarını təəccübləndirdi. Qərb dövlətlərinin Liviyaya hücumlarını səlib yürüşləri ilə müqayisə edən Putin BMT-nin Liviya sanskiyasını “yarımçıq və zərəli qərar” adlandırdı. Bu zaman Putin Amerikanın xarici siyasətini tənqid edərək, Clintonun vaxtında Serbiyanın, Bushun vaxtında isə Əfqanıstan və İraqın bombalanmasını xatırladı. Bildirdi ki, tendensiya halını alan ABŞ-ın başqa ölkələrə hərbi müdaxilələrində “nə məntiq, nə də vicdan var”.

Putin xarici siyasətin onun səlahiyyətlərində olmadığını və məsələyə şəxsi münasibətini bildirdiyini əlavə etsə də, onun sözləri Rusiya siyasətindəki real nüfuzu ilə kəskin təzad təşkil edirdi.

Baş nazirin ardınca dərhal Dmitriy Medvedyev bəyanat verərək Rusiya rəhbərliyindəki fikir ayrılığını təsdiq etdi. Prezident bildirdi ki, “səlib yürüşü kimi müqayisələrin işlədilməsi yolverilməzdir, çünki belə ifadələr sivilizasiyaların toqquşmasına gətirib çıxara bilər”.

BMT-nin qərarı ilə bağlı Rusiyanın rəsmi mövqeyinə aydınlıq gətirən Medvedyev bildirdi ki, BMT TŞ-nın qətnaməsi səhv qərar deyil və əlavə etdi ki, hərbi əməliyyatlarda iştirak etməyən Moskva Liviya üzrə sülh danışıqlarında vasitəçi ola bilər. “Lakin bu ölkədə hələ ki, danışıqlar aparmağa rəsmi tərəf yoxdur” – deyə D.Medvedyev əlavə edib.

Hər şeydən göründüyü kimi Putinin bəyanatını nəzərdə tutan Medvedyev belə bir ifadə işlədir: “Bu gün əlini dizinə vurub demək ki, guya biz (Rusiya) nəyə getdiyimizi bilmirdik – düzgün olmazdı. Biz bu addımı şüurlu şəkildə atmışıq”

Putinlə Medvedyevin fikir ayrılığı Liviyada baş verən hadisələrə olan münasibətin qiymətləndirilməsində də öz əkisini tapır.

Udmurtiyada hərbi raket zavodun fəhlələri ilə görüşündə Putin deyir: “Qaddafi rejimi demokratik ölkə göstəricilərinin heç birinə uyğun gəlmir. Buna şübhə yoxdur. Amma bu o demək deyil ki, biz hansısa ölkənin daxili siyasətinə və hətta daxili hərbi münaqişəsinə qarışaraq hansısa tərəfi dəstəkləyək”

Medvedyevin qiyabi cavabı isə belədir: “Liviyada baş verənlərin səbəbi öz xalqına qarşı cinayətlər törədən Liviya rəhbərliyinin yaramaz siyasətidir. Bu haqda unutmaz olmaz. Bütün yerdə qalanlar isə nəticədir”.

Martın 19-dan başlayaraq Qərb koalisiya qüvvələri Qaddafi rejiminə hava həmlələri endirir. BMT TŞ-nın belə hücumlara sansksiya versə də, qərarda Liviyaya qoşun yeridilməsi nəzərdə tutulmayıb.

Şərhçilər prezident ilə baş nazirin fikir ayrılığını Rusiyada qarşıdan gələn prezident seçkiləri ilə izah edir. Putin rusların ənənəvi antiamerika ovqatına müraciət edir.

Sizin Rusiyanın mövqeyinə, Putinin və Medvedyevin fikirlərinə münasibətiniz necədir? Yazın

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG