Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:59

Liviyadakı Azərbaycan səfirliyi fəaliyyətini davam etdirir


Liviyada 117 ölkənin səfirliyi olub. Səfirliklərin çoxu fəaliyyətlərini dayandırıb

Liviyada 117 ölkənin səfirliyi olub. Səfirliklərin çoxu fəaliyyətlərini dayandırıb

İmkan düşən kimi Azərbaycanın Liviyadakı səfirliyinin əməkdaşları bu ölkəni tərk edə bilərlər.

Bu barədə «Trend»ə Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov bildirib. Hazırda diplomatik nümayəndəlikdə səfirlə birlikdə 4 nəfər çalışır.

Liviyada 117 ölkənin səfirliyi olub. Səfirliklərin çoxu fəaliyyətlərini dayandırıb. Türkiyə, Ukrayna, Belarus, Rusiya, İordaniya, Mərakeş, Serbiya və başqa bir neçə səfirlik hələ də fəaliyyətlərini davam etdirir.
NƏZƏR YETİR
Başqa səfirliklər də müvəqqəti işlər vəkili səviyyəsində qalıb.

Səfir A. Şükürov bildirib ki, Liviyada olan bütün Azərbaycan vətəndaşları ölkədən təxliyə olunub. Orada qalan azərbaycanlılarsa yalnız Liviya vətəndaşları ilə ailə qurmuş qadınlardır.

Şərhləri göstər

XS
SM
MD
LG