Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:15

Jurnalistləri Müdafiə Komitəsi jurnalistin səhhətindən narahatdır


Eynulla Fətullayev məhkəmədə 26 avqust 2010
Eynulla Fətullayev məhkəmədə 26 avqust 2010
New York-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi məhbus jurnalist Eynulla Fətullayevin vəziyyəti barədə həyəcanlı xəbərlərdən narahat olduğunu bildirir. Təşkilatın martın 21-də yayılan məlumatında qeyd edilir ki, jurnalist bu yaxınlarda köçürüldüyü həbsxanada həyatına ciddi təhlükə hiss etdiyindən karserdə saxlanmasını xahiş edib. İndi isə sağlamlığına ciddi problemlər yaranıb.

Reportyorların Azadlığı və Təhülkəsizliyi İnstititunun rəhbəri Emin Hüseynov bildirib ki, Eynulla Fətullayev bronxit, dəri və sidik kanalı iltihabından əziyyət çəkir, həddən çox çəki itirib.

Vəkilinin sözlərinə görə martın 17-dən jurnalistin müalicəsinə başlanıb.

Jurnalistləri Müdafiə Komitəsinin Avropa və orta Asiya proqramlarının kordinatoru Nina Ognianova jurnalistin saxlandığı 1 saylı həbsxananın rəhbərliyini eynulla Fətullayevə lazım olan bütün tibbi yardımların göstərilməsini və təhlükəsiz şəraitdə saxlanmasını təmin etməyə çağırıb. O, əlavə edib ki, Fətullayevin hələ də həbsxanada saxlanması qanunsuzdur və Azərbaycan hökuməti pzünün beynəlxalq öhdəliklərini icra edərək onu dərhal azadlığa buraxmalıdır.

«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin baş redaktoru E.Fətullayev vergidən yayınmaq, terrorçuluq barədə yalan məlumat verməık və başqa ittihamlarla 2007-ci ildə səkkiz il yarım müddətinə həbs edilib. Avropa İnsan Haqları məhkəməsi bu işdə jurnalistin hüquqularının pozulması, ona görə onun dərhal azadlığa buraxılması və kompensasiya ödənilməsi barədə qərar çıxarıb.

Azərbaycan Avropa Məhkəməsinin həmin qərarı ilə Eynulla haqqında əvvəlki ittihamları ləğv etsə də onu həbsdən azad etməyib. Bu dəfə jurnalisti həıbsxanada olarkən paltarından narkotik maddə tapılması ittihamı ilə iki il yarım müddətinə azadlıqdan məhrum ediblər.

İnsan haqları fəalları jurnalistin haqqında ittihamların əsassız olduğunu, onun əslində peşəkar fəaliyyətinə görə təzyiqlərə məruz qldığını bildirirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG